image-6005942921267448897backend

Cənubi Livanda İsrail hərbçiləri ilə bağlı iddialar yayılıb

İsrail hərbçilərinin həm xidmət edən, həm də ehtiyat qüvvələrin Cənubi Livan bölgəsində ev və biznes obyektlərindən əşyalar götürdüyü iddia edilib.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrailin Haaretz nəşrinə istinadən yayılan məlumatda qeyd olunur ki, hərbçilərin motosiklet, televizor və mebel kimi əşyaları apardığı bildirilir.

İddialara görə, bu hallar geniş yayılmış və sistematik xarakter daşıyır. Məlumatda həm aşağı, həm də yüksək rütbəli komandirlərin vəziyyətdən xəbərdar olduğu, lakin bunun qarşısını almaq üçün intizam tədbirlərinin görülmədiyi qeyd olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki