image-centcom-orta-doguya-ilk-tek-yonlu-saldiri-iha-filosunu-konuslandirdi-b7uk_coverbackend

CENTCOM İranla bağlı yeni hərbi plan hazırlayır

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranla bağlı yeni hərbi plan hazırladığı iddia olunur.

İNFOAZ.MEDİA xəbər verir ki, Axios nəşrinin məlumatına görə, CENTCOM İranla danışıqlarda yaranmış dalanı qırmaq məqsədilə “qısa və güclü” zərbələr dalğasını nəzərdə tutan plan üzərində işləyib.

Məlumatda qeyd olunur ki, bu plan mümkün hərbi ssenarilərdən biri kimi hazırlanıb və diplomatik proses nəticə verməyəcəyi halda tətbiq edilə bilər. Eyni zamanda, ABŞ administrasiyası İran üzərində təzyiqi artırmaq üçün hərbi və iqtisadi alətlər arasında seçim qarşısındadır.

Hazırda tərəflər arasında gərginlik yüksək olaraq qalır. Xüsusilə Hörmüz boğazı ətrafında vəziyyətin kəskinləşməsi və hərbi hazırlıqlar regionda riskləri artırır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki