CENTCOM bildirib ki, ABŞ qüvvələri İran bayrağı altında üzən “Dəniz star III” və “Sevda” tankerilərini İran limanına daxil olmağa cəhd etdikləri zaman zərərsizləşdirib.
İNFOAZ.MEDİA xəbər verir ki, əməliyyat mayın 8-də ABŞ-ın İran əleyhinə tətbiq etdiyi dəniz blokadasının pozulmasının qarşısını almaq məqsədilə həyata keçirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing F/A-18E/F Super Hornet qırıcısı tankerlərin tüstü borularını dəqiq sursatlarla vuraraq onların İran istiqamətində hərəkətini dayandırıb.
Qırıcının USS George H.W. Bush (CVN-77) aviadaşıyıcısından havaya qalxdığı qeyd olunub.
Rauf
























