Astroloqlar 14 may üçün günün bürcləri ilə bağlı proqnozlarını açıqlayıb.
Qoç: Bu gün enerjiniz yüksəkdir. Yeni işlərə başlamaq üçün əlverişli gündür, amma tələsik qərarlardan uzaq durun.
Buğa: Maliyyə məsələlərində diqqətli olun. Gözlənilməz xərclər çıxa bilər, planlı hərəkət vacibdir.
Əkizlər: Ünsiyyət günü olacaq. Yeni tanışlıqlar və vacib danışıqlar üçün uğurlu zamandır.
Xərçəng: Emosional gərginlik arta bilər. Ailə ilə bağlı mövzularda səbirli davranmaq tövsiyə olunur.
Şir: İş həyatında irəliləyiş mümkündür. Özünüzü göstərmək üçün yaxşı fürsətlər yaranacaq.
Qız: Detallara diqqət bu gün sizə üstünlük qazandıracaq. Kiçik səhvlərə yol verməməyə çalışın.
Tərəzi: Münasibətlər ön plandadır. Harmoniya yaratmaq üçün kompromis vacibdir.
Əqrəb: Güclü intuisiya günüdür. Qərar verərkən hisslərinizə güvənə bilərsiniz.
Oxatan: Səyahət və yeni planlar üçün əlverişli gündür. Optimist ruh halı sizi irəli aparacaq.
Oğlaq: İş və məsuliyyətlər artır. Səbirli və sistemli olmaq uğur gətirəcək.
Dolça: Yaradıcı ideyalar ön plandadır. Fərqli düşünmək sizə üstünlük qazandıracaq.
Balıqlar: Daxili sakitlik axtarışı güclənir. Dinclik və istirahətə vaxt ayırmaq vacibdir.
Rauf























