Marko Rubio ABŞ-a hücum edildiyi halda cavab verməmək “zəif və yanlış mövqe” olardı və ölkəsinin öz qüvvələrini qorumaq hüququnu müdafiə etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə atəş açıldığı halda cavab tədbiri görülməsi “təbii və qaçılmaz”dır. Onun sözlərinə görə, atəşə məruz qalan ABŞ qüvvələrinin cavab verməməsi qəbul edilə bilməz.
“Əgər siz ABŞ donanmasına atəş açırsınızsa, biz nə etməliyik? Dayanıb ‘atəşkəs var’ deməliyik? Bu düzgün yanaşma deyil. Əlbəttə ki, biz cavab verdik,” – Rubio qeyd edib.
Rauf
























