Böyük Britaniyanın Vaşinqtondakı səfiri Kristian Törnerin mediaya sızdırılan qapalı çıxışı müzakirələrə səbəb olub.
İNFOAZ.MEDİA xəbər verir ki, “Financial Times” nəşrinin yaydığı məlumata görə, səfir özəl söhbət zamanı ABŞ-ın yeganə real “xüsusi münasibətinin” Böyük Britaniya ilə deyil, daha çox İsraillə olduğunu bildirib.
Xatırladaq ki, Böyük Britaniya və ABŞ arasında uzun illərdir “xüsusi münasibətlər” anlayışı siyasi və strateji əməkdaşlığın əsasını təşkil edir.
Rauf
























