image-6005942921267448879backend

Böyük Britaniya və Türkiyə arasında strateji tərəfdaşlıq gücləndirilir

Böyük Britaniya ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq Çərçivə Sazişi imzalanıb. Yeni razılaşma iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

İNFOAZ.MEDİA xəbər verir ki, saziş çərçivəsində tərəflər NATO müttəfiqləri kimi əlaqələri möhkəmləndirməyi, siyasi dialoqu dərinləşdirməyi və qlobal çağırışlara qarşı birgə fəaliyyət göstərməyi hədəfləyirlər.

Bildirilib ki, tərəfdaşlıq xüsusilə Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunması kimi mühüm məsələləri də əhatə edəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki