Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin hərbi strategiyası ilə bağlı diqqətçəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, Almaniyanın əsas məqsədi Avropada ən güclü konvensional orduya çevrilməkdir. Nazir vurğulayıb ki, bu məqsədə çatmaq üçün ordunun həm say, həm də keyfiyyət baxımından gücləndirilməsi vacibdir.
Pistorius qeyd edib ki, qarşıda duran əsas suallardan biri orduda neçə hərbçinin xidmət edəcəyi və onların hansı peşəkar hazırlıq səviyyəsinə malik olacağıdır.
Rauf
























