ABŞ-ın sabiq dövlət katibi Antoni Blinken Ukraynaya ayrılan yardımlarla bağlı müzakirələrə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Blinken qeyd edib ki, Ukraynaya ayrılan vəsaitlərlə bağlı “Avropanın yükü bölüşmədiyi” iddiaları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ABŞ-ın ayırdığı hər 1 dollara qarşılıq olaraq Avropa ölkələri və digər tərəfdaşlar təxminən 1,5 dollar həcmində dəstək göstərib.
Sabiq dövlət katibi əlavə edib ki, ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin böyük hissəsi əslində ölkə daxilində xərclənib. Bu vəsaitlər ya Ukrayna üçün silah sistemlərinin alınmasına, ya da ABŞ-ın öz ehtiyatlarını yeniləməyə yönəldilib.
Ekspertlər bildirirlər ki, bu açıqlama Qərb ölkələri arasında Ukraynaya dəstək yükünün necə bölüşdürüldüyü ilə bağlı davam edən müzakirələr fonunda xüsusi əhəmiyyət daşıyır.
Rauf
























