Almaniya Xarici İşlər Naziri Yohann Vadeful bildirib ki, kansler Fridrix Merts-in ABŞ-ın “alçaldılması” ilə bağlı açıqlaması anlaşılmazlıq kimi qəbul olunub və yanlış şərh edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vadeful qeyd edib ki, Almaniya bu mövzuda ABŞ-ın mövqeyini tam dəstəkləyir və əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
Nazirin sözlərinə görə, Berlin Vaşinqtonla bu məsələdə eyni xətt üzrə hərəkət edir və İranın nüvə proqramı ilə bağlı təhlükənin qarşısının alınması beynəlxalq təhlükəsizlik üçün vacibdir.
O həmçinin vurğulayıb ki, Almaniya və ABŞ arasında əməkdaşlıq davam edir və tərəflər strateji məsələlərdə koordinasiyanı gücləndirirlər.
Jalə
























