image-14937303552203934843_1200x630backend

BƏƏ rəsmisindən İrana sərt mesaj: “Etimadın bərpası uzun illər çəkəcək”

Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş İranla münasibətlərə dair sərt açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir  ki, o bildirib ki, region ölkələrinə qarşı genişmiqyaslı hücumlardan sonra etimaddan danışmaq mümkün deyil: “Sənə qarşı 2 800 raket və dronla hücum edildikdən sonra etimaddan danışmaq olmaz”.

Qarqaş vurğulayıb ki, bu cür hücumlardan sonra Tehranla münasibətlərdə etimadın bərpası “çox uzun zaman – illər” tələb edəcək.

O əlavə edib ki, İran region ölkələri, xüsusilə də Körfəz dövlətləri üçün uzun müddət strateji təhlükə kimi qiymətləndiriləcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki