image-589df44c4597abb868d222682614e834backend

BƏƏ hava hücumundan müdafiə sistemləri İran raketlərini məhv edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətə başlayıb.

Məlumata görə, sistemlər ümumilikdə 12 ballistik raket, 3 qanadlı raket və 4 dronu zərərsizləşdirib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, son məlumatlara əsasən, İranın BƏƏ ərazisinə raket və dron hücumları atəşkəsin pozulması fonunda baş verir və vəziyyətin daha da eskalasiya edə biləcəyi ehtimal olunur.

BƏƏ Müdafiə Nazirliyi isə ölkənin hava məkanının qorunması üçün bütün tədbirlərin görüldüyünü və təhlükələrə qarşı tam hazırlıqlı olduqlarını açıqlayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki