Çində elektromobil bazarında qiymətlər ABŞ-la müqayisədə kəskin fərqlənir.
İNFOAZ.MEDİA xəbər verir ki, bir orta statistik ABŞ avtomobilinin qiymətinə Çində bir neçə elektromobil almaq mümkündür.
Bildirilir ki, ABŞ-da orta avtomobil qiyməti təxminən 51 min dollar təşkil edir. Bunun müqabilində Çində bir çox elektrik avtomobillərinin qiyməti 6 min – 12 min dollar aralığındadır.
Çində 25 min dollardan aşağı qiymətə 200-dən çox elektromobil modeli mövcuddur. Bu isə ölkədə həm daxili istehsalın güclü olması, həm də bazarda yüksək rəqabətin formalaşması ilə izah edilir.
Rauf
























