image-292305598056334backend

Attaullah Tarar: İranın sülh danışıqlarına qatılıb-qatılmayacağı hələ məlum deyil

Pakistanın informasiya və yayım naziri Attaullah Tararbildirib ki, İran tərəfinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakını təsdiqləyən rəsmi cavab hələ daxil olmayıb.

İNFOAZ.MEDİA xəbrə verir ki, Nazirin sözlərinə görə, atəşkəsin müddəti 22 aprel tarixində başa çatır və bu müddət bitməzdən əvvəl İranın danışıqlara qatılıb-qatılmayacağı ilə bağlı qərarı kritik əhəmiyyət daşıyır.

Rəsmi İslamabad İran rəhbərliyini danışıqların ikinci mərhələsində iştirak etməyə razı salmaq üçün səmimi səylər göstərdiyini və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki