image-6016922579957910509backend

Argentina vitse-prezidentindən Falkland adaları açıqlama

Viktoriya Villarruel Falkland adaları (Malvinas) ilə bağlı qalmaqallı bəyanat verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, adalarda yaşayan və özünü britaniyalı hesab edən sakinlər “İngiltərəyə qayıtmalıdırlar”. Villarruel qeyd edib ki, “Kelperlər Argentina ərazisində yaşayan ingilis mənşəli insanlardır və müzakirənin bir hissəsi deyillər”.

Onun sözlərinə görə, “əgər özlərini ingilis hiss edirlərsə, ölkələrinə minlərlə kilometr uzağa qayıtmalıdırlar”.

Vitse-prezident əlavə edib ki, “bu gün hər zamankindən daha çox Malvinas Argentinaya məxsusdur”.

Məlumat üçün bildirək ki, Falkland adaları Argentina və İngiltərə arasında uzun illərdir davam edən ərazi mübahisəsidir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki