image-6005942921267448882backend

Andrea Abodi: “Siyasi qərarla Dünya Kubokuna getmək mümkün deyil”

İtaliya hökuməti 2026-cı il dünya Çempionatında İranın yerini almaqla bağlı yayılan siyasi təzyiqləri rədd edib.

İNFOAZ.MEDİA xəbər verir ki, İtaliyanın idman naziri Andrea Abodi bildirib ki, belə bir addım “nə mümkün, nə də uyğun” olardı. Onun sözlərinə görə, DÇ-da iştirak yalnız meydanda əldə olunan nəticələrə əsaslanır.

Qeyd edilib ki, turnirə vəsiqə siyasi qərarla deyil, futbol üzrə seçmə mərhələlərdə qazanılan nəticələrlə müəyyən edilir. Bu səbəbdən İtaliya tərəfi belə bir ehtimalı qəti şəkildə istisna edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki