Almaniya İsrailə hərbi ixrac lisenziyaları ilə bağlı yeni rəqəmləri təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya 2025-ci ilin sonlarında məhdudiyyətləri yumşaltdıqdan sonra təxminən 167 milyon avro dəyərində hərbi ixrac icazəsi verib. Bu göstərici tək bir silah müqaviləsini deyil, son 4 ay ərzində verilmiş ümumi lisenziyaları əhatə edir.
Rəsmi açıqlamalara əsasən, bu icazələr əsasən ağır silah sistemlərini deyil, ehtiyat hissələri, komponentlər və daha yüngül hərbi təchizatları əhatə edir.
Alman hökuməti qərarların hər birinin ayrıca və hüquqi çərçivədə dəyərləndirildiyini bildirib.
Rauf
























