Almaniyada yüksək səviyyəli siyasətçilərə qarşı kiberhücum cəhdi qeydə alınıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya Bundestaqının sədri Yuliya Klökner “Signal” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən fişinq tipli hücumun hədəfinə çevrilib. Hakerlər özlərini “Signal dəstəyi” kimi təqdim edərək istifadəçiləri PIN kodlarını verməyə məcbur etməyə çalışıblar.
Hadisənin Avropada siyasətçilərə qarşı aparılan daha geniş kiberkampaniyanın tərkib hissəsi olduğu bildirilir.
Klökner-in Xristian Demokrat İttifaqı üzvləri ilə, o cümlədən Almaniya kansleri Fridrix Merts ilə eyni qrup çatında olduğu qeyd edilir. Lakin onun və ya Mertsin cihazlarının sındırıldığına dair hər hansı sübut yoxdur.
Məsələ ilə bağlı araşdırma davam edir.
Jalə
























