image-69e4a28f7370607e7db382d8backend

Almaniyada ordu gəncləri cəlb etmək üçün yeni üsullara əl atır

Almaniya Bundesveri kadr çatışmazlığını aradan qaldırmaq üçün yeni işə qəbul strategiyalarına müraciət edir.

İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya ordusu kifayət qədər hərbçi toplamaqda çətinlik çəkir və bu səbəbdən xüsusilə gənclərə, o cümlədən video oyunlarla maraqlanan auditoriyaya yönəlir.

Bu çərçivədə ordu nümayəndələri Gamescom kimi böyük oyun sərgilərində iştirak edərək gənclərlə birbaşa əlaqə qurmağa çalışır.

Məqsəd, gəncləri ordu xidmətinə cəlb etmək və Bundesverin şəxsi heyət çatışmazlığını azaltmaqdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki