image-telemmglpict000480563477_17770528446490_trans_nvbqzqnjv4bqqvzuuqpflyliwib6ntmjwsx5rhseiwkoo9p9oq-ymekbackend

Almaniya ordusu ABŞ-la bağlı..

Almaniya ordusu NATO çərçivəsində ABŞ-la hərbi koordinasiyanı gücləndirən yeni addım atır.

İNFOAZ.MEDİA xəbər verir ki, oktyabr ayından etibarən ABŞ Silahlı Qüvvələrinə məxsus yüksək rütbəli bir polkovnik Almaniya Ordusunun Komandanlıq strukturunda (əməliyyatlar bölməsi) yerləşdiriləcək.

Məlumata əsasən, bu qərar NATO daxilində planlaşdırma və əməliyyat koordinasiyasını daha da yaxınlaşdırmaq məqsədi daşıyır və iki ölkə arasında hərbi inteqrasiyanın qeyri-adi dərəcədə dərinləşməsi kimi qiymətləndirilir.

Rəsmilər bu addımın alyansın müdafiə hazırlığını gücləndirəcəyini və birgə əməliyyatların effektivliyini artıracağını bildirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki