image-1747850651-1747233592-merci-1024x683-1backend

Almaniya liderindən Ukrayna mesajı: “Aİ-yə üzvlük prosesi başlamalıdır”

Almaniyanın kansleri  Fridrix Merts Ukrayna ilə bağlı açıqlamasında bu ölkənin Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, Ukrayna artıq özünü Avropa ölkəsi kimi hiss edir və faktiki olaraq Avropa ölkəsidir. Onun sözlərinə görə, Avropa İttifaqı qapalı və seçici bir klub olmamalıdır.

Kansler qeyd edib ki, Ukraynanın Rusiyanın təsirinə düşməsinə, hətta psixoloji və emosional baxımdan belə, imkan verilməməlidir. Bununla yanaşı, o, Aİ-yə üzvlük prosesinin uzun müddət tələb etdiyini də vurğulayıb və həddindən artıq gözləntilərin sonradan məyusluq yarada biləcəyi barədə xəbərdarlıq edib.

Merts əlavə edib ki, gələcəkdə atəşkəs ehtimalı var və bəzi Ukrayna ərazilərinin artıq Ukraynanın nəzarətində qalmaya biləcəyi ssenarisi də istisna olunmur.

Bununla belə, Almaniya lideri Aİ-yə üzvlüklə bağlı qeyri-müəyyən və uzaq vədlərin verilməsinin doğru olmadığını bildirib: “Biz ‘bəlkə bir gün qəbul olunarsınız’ deyə bilmərik. Addımlar real, geri dönməz və nəticədə üzvlüyə aparan olmalıdır. Bu zaman alacaq, lakin biz başlamalıyıq.”

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki