Almaniyada sənaye sektorunda diqqətçəkən iqtisadi dönüş prosesi gedir.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya çətinliklərlə üzləşən sənaye bazasının, xüsusilə avtomobil təchizatçılarının bir hissəsini müdafiə sənayesinə yönləndirir. Bu addım iqtisadi durğunluq və qlobal rəqabətin, xüsusilə Çindən gələn təzyiqlərin artması fonunda atılır.
Bildirilir ki, bir sıra avtomobil ehtiyat hissələri istehsalçıları silah, dron, sursat və digər hərbi sistemlərin istehsalına keçid edir və ya bu sahədə əməkdaşlığa başlayır. Müdafiə sektorunun əsas şirkətlərindən biri olan Rheinmetall də istehsalını sürətlə genişləndirir.
Prosesin məqsədi Almaniyanın iqtisadi zəifliyini yeni müdafiə sənayesi gücünə çevirmək və Avropanın yenidən silahlanmasında əsas mərkəzlərdən birinə çevrilmək kimi qiymətləndirilir.
Rauf
























