Albaniyanın baş naziri Edi Rama NATO daxilində qərarvermə prosesi ilə bağlı diqqətçəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rama bildirib ki, Albaniya alyansın üzvü olsa da, qərarların qəbulunda böyük təsir imkanına malik deyil. Onun sözlərinə görə, NATO uğurlu addımlar atdıqda məsələn, Kosovonun azad edilməsi kimi hallarda üzv ölkələr bunu ümumi uğur kimi təqdim edir.
Lakin baş nazir qeyd edib ki, alyansın uğursuz qərarları zamanı o cümlədən ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması kimi məsuliyyət əsasən NATO-nun üzərinə qoyulur.
Rauf
























