image-6003691121453763685backend

Aİ Ukraynaya 90 milyard avro kredit və Rusiyaya yeni sanksiyalar təsdiqlədi

Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində kredit ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini rəsmi şəkildə təsdiqləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərar Macarıstanın veto hüququndan imtina etməsindən sonra yekunlaşdırılıb. Bu addım Aİ daxilində uzun müddət davam edən müzakirələrin başa çatdığını göstərir.

Yeni maliyyə paketi Ukraynanın iqtisadi dayanıqlığını gücləndirməyə yönəlib. Eyni zamanda, Rusiyaya qarşı qəbul edilən növbəti sanksiyalar paketinin Moskva üzərində təzyiqi artıracağı gözlənilir.

Aİ rəsmiləri bildiriblər ki, bu tədbirlər regionda sabitliyin qorunması və Ukraynaya davamlı dəstəyin təmin olunması məqsədi daşıyır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki