image-1200_1760033302vonderleyenmociones_1920x1080_1776874271backend

Aİ rəhbərindən İran mesajı: “Sanksiyaların ləğvi üçün əsaslı dəyişiklik lazımdır”

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İranla bağlı sanksiyalar mövzusunda sərt mövqe sərgiləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, hazırkı şəraitdə Aİ tərəfindən İrana tətbiq olunan sanksiyaların ləğvi üçün hələ tezdir. Leyenin sözlərinə görə, bu qərar yalnız ölkədə fundamental dəyişikliklər baş verdikdən sonra gündəmə gələ bilər.

Aİ rəhbəri vurğulayıb ki, sanksiyalar İran hakimiyyətinin öz əhalisinə qarşı davranışı, xüsusilə insan hüquqlarının pozulması səbəbindən tətbiq olunub. Bu kontekstdə qadın hüquqlarının vəziyyəti xüsusi olaraq qeyd edilib.

Leyen əlavə edib ki, sanksiyaların aradan qaldırılması üçün yalnız sözlər deyil, real və əsaslı dəyişikliklər tələb olunur. Onun fikrincə, bu istiqamətdə konkret addımlar atılmadan hər hansı yumşalma mümkün deyil.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki