image-karoline-leavitt-trump-ruthlessbackend

Ağ Evdən İrana sərt tələb: zənginləşdirilmiş uran təhvil verilməlidir

ABŞ administrasiyası İrana qarşı növbəti mühüm tələbini açıqlayıb. Ağ Evin sözçüsü bildirib ki, rəsmi Vaşinqton Tehranla aparılan danışıqlar çərçivəsində ölkənin əlində olan zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsini istəyir.

İNFOAZ.MEDİA xəbər verir ki, bu tələb ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas “qırmızı xətlərindən” biri hesab olunur. Vaşinqton hesab edir ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün uran ehtiyatlarının ölkədən çıxarılması vacib addımdır.

Ağ Evin açıqlamasında qeyd olunub ki, bu məsələ hazırda davam edən atəşkəs və mümkün sülh danışıqlarının əsas şərtlərindən biridir. ABŞ tərəfi Tehrandan vahid və konkret mövqe gözləyir.

Eyni zamanda, analitiklər bildirirlər ki, bu tələb ətrafında razılıq əldə olunması danışıqların taleyini müəyyən edə bilər. Lakin İranın zənginləşdirmə proqramından tam imtina etməyə razı olub-olmayacağı hələ də sual altındadır.

Hazırda tərəflər arasında gərginlik davam etsə də, diplomatik kanallar açıq qalır və yaxın günlərdə yeni danışıqlar mərhələsinin keçiriləcəyi istisna olunmur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki