image-6001090394201984140backend

Ağ Ev NATO ölkələri üçün “reytinq siyahısı” hazırlayır – dəstəyə görə mükafat və cəza ola bilər

ABŞ-da Ağ Ev administrasiyası NATO üzvlərini Vaşinqtonun siyasətinə, xüsusilə İran müharibəsinə verdikləri dəstəyə görə qiymətləndirən mərhələli siyahı hazırlayır.

İNFOAZ.MEDİA xəbər verir ki, siyahıda ölkələr “nümunəvi müttəfiqlər” və daha az dəstək verənlər kimi kateqoriyalara bölünəcək. Dəstək göstərən dövlətlər müəyyən üstünlüklər əldə edə bilər, digərləri isə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsinin azaldılması və ya əməkdaşlığın məhdudlaşdırılması kimi nəticələrlə üzləşə bilər.

Bildirilir ki, bu təşəbbüs NATO ölkələrinin həm müdafiə xərcləri, həm də ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlara münasibəti əsasında formalaşdırılır. Plan hələ ilkin mərhələdədir və konkret tədbirlər tam açıqlanmayıb.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki