ABŞ-də Ağ Ev tərəfindən mühüm qərar qəbul edildiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Milli Elm Şurasının tərkibində olan bütün 24 üzv eyni vaxtda vəzifədən azad edilib.
Qeyd edək ki, bu qurum Milli Elm Fondunun fəaliyyətinə istiqamət verir və təxminən 9 milyard dollarlıq elmi tədqiqat büdcəsinə nəzarət edir.
Maraqlı məqam isə ondan ibarətdir ki, şuranın növbəti iclası 5 may tarixinə planlaşdırılıb. Lakin hazırkı vəziyyətdə qurumun heç bir üzvü olmadığı üçün iclasın necə keçiriləcəyi sual altındadır.
Jalə
























