ABŞ hərbi dəniz qüvvələrinin yeni nəsil döyüş gəmiləri ilə bağlı yüksək büdcəli layihə müzakirə olunur.
İNFOAZ.MEDİA xəbər verir ki, “Trump-class” adlandırılan yeni tip döyüş gəmilərindən birincisinin dəyərinin 17 milyard dollardan çox olacağı gözlənilir. Ümumilikdə üç gəminin ümumi xərci isə 43 milyard dolları keçə bilər.
İlkin hesablamalara əsasən, bu layihə ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı proqramlarından biri kimi qiymətləndirilir və hərbi modernizasiya planlarının əsas hissəsi kimi nəzərdən keçirilir.
Rauf
























