image-tramp-netanyahubackend

ABŞ və İran arasında aparılan danışıqlarla bağlı İsrailin narahatlığı artır

ABŞ və İran arasında aparılan danışıqlarla bağlı İsrailin narahatlığı artır.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasının İranla apardığı son danışıqlar barədə yenilikləri öyrənmək üçün Vaşinqton rəsmiləri ilə təmaslar aparır.

CNN-in İsrail mənbələrinə istinadən yaydığı xəbərə görə, Netanyahu hazırkı prosesin gedişi və masa üzərində olan şərtlərlə bağlı ətraflı məlumat almağa çalışır. İsrail tərəfi xüsusilə razılaşma əldə olunarsa, ABŞ-ın son anda İranla bağlı bəzi güzəştlərə gedə biləcəyindən narahatdır.

İsrailin əsas narahatlıqları arasında İrana qarşı iqtisadi sanksiyaların yumşaldılması ehtimalı və bunun regiondakı güc balansına təsiri ön plana çıxır. Tel-Əviv həmçinin İranın raket proqramı və regiondakı müttəfiq qruplarla bağlı məhdudiyyətlərin sərtləşdirilməsini tələb edir.

Eyni zamanda İsrail istənilən razılaşmanın ölkəsinin regional təhlükələrə qarşı hərbi fəaliyyət azadlığını məhdudlaşdırmamasını istəyir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki