Tom Barrak İsrail və regiondakı gərginliklə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, tərəflərin hamısı müəyyən mənada etibarsız davranışlar sərgiləyib və Hizbullah-a heç vaxt etibar edilmədiyini vurğulayıb.
Barrak qeyd edib ki, köklü şəkildə yerləşmiş silahlı qrupları yalnız hərbi güclə tam aradan qaldırmaq mümkün deyil və “yalnız hərbi əməliyyatlara əsaslanan yanaşma nəticə vermir”.
O əlavə edib ki, davamlı müharibə düzgün strategiya deyil və bu yanaşma “məntiqsiz” hesab olunmalıdır. Onun sözlərinə görə, bölgədə real həll yalnız icra oluna bilən və davamlı nəticələr verən razılaşmalarla mümkündür.
Rauf
























