ABŞ Dövlət Departamentinin ölkənin 250 illik yubileyi çərçivəsində pasport dizaynını yeniləməyə hazırlaşdığı və bu dizaynda prezident Donald Trampın görüntüsünün yer ala biləcəyi iddia olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, müzakirə edilən layihə çərçivəsində məhdud sayda — təxminən 25 min pasportun xüsusi buraxılışı nəzərdə tutulur.
Sızdırılan ilkin dizayn nümunələrində Trampın portreti və imzasının pasportun daxilində yerləşdirildiyi, bunun isə ənənəvi ABŞ pasport dizaynından fərqli olduğu bildirilir.
Ekspertlər qeyd edirlər ki, müasir pasportlarda adətən hazırkı və ya keçmiş prezidentlərin şəkillərinə yer verilmir və bu baxımdan belə bir dəyişiklik qeyri-adi hesab olunur.
Lakin plan hələ yekun təsdiqini almayıb və ABŞ rəsmiləri Trampın pasportda yer alacağı barədə məlumatı rəsmi şəkildə təsdiqləməyiblər.
Rauf
























