ABŞ Pakistanın Pişəvər şəhərində yerləşən konsulluğunu təhlükəsizlik səbəbləri ilə bağlamaq qərarı verib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib ki, bu addım diplomatik heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılıb. Rəsmi qurum konsulluğun fəaliyyətinin dayandırılmasının müvəqqəti və ya daimi xarakter daşıyıb-daşımayacağı barədə əlavə məlumat verməyib.
Rauf
























