İran ABŞ-ın son təklifinə hələ rəsmi cavab verməyib və sənəddə “qəbulolunmaz şərtlərin” olduğu bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, İran ABŞ-ın təqdim etdiyi planın bəzi maddələrinin Tehran üçün qəbuledilməz olduğunu qeyd edib. Bu səbəbdən ölkə hələlik rəsmi mövqeyini açıqlamayıb.
Eyni zamanda, ABŞ mediasında yayılan və tərəflərin “bir səhifəlik yekun razılaşmaya” yaxın olduğu barədə xəbərlərin reallığı tam əks etdirmədiyini vurğulanıb. Bildirilib ki, bu cür məlumatlar daha çox ABŞ prezidenti Donald Trampın son hərbi addımlarından geri çəkilməsini əsaslandırmaq məqsədi daşıyır.
Rauf
























