Marko Rubio bildirib ki, ABŞ İranın cavabını gözləyir və Tehran tərəfindən hələlik rəsmi cavab verilməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio jurnalistlərə açıqlamasında deyib ki, İranın bu gün ərzində ABŞ-ın təqdim etdiyi təklifə cavab verməsi gözlənilir və Vaşinqton bu cavabın ciddi olacağına ümid edir.
“Biz onların cavabını gözləyirik. Hələ almamışıq. Ümid edirəm ki, bu ciddi bir təklif olacaq,” – Rubio qeyd edib.
Məlumata görə, ABŞ və İran arasında gərginlik fonunda aparılan danışıqlar və mümkün razılaşma cəhdləri davam edir. Vaşinqton tərəfi Tehranla gələcək addımların diplomatik çərçivədə müəyyən olunmasına ümid edir.
Jalə
























