ABŞ rəsmiləri İranın təqdim olunan sülh çərçivəsinə yaxın 24–48 saat ərzində cavab verəcəyini gözləyir. Bu barədə Axios nəşri məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər müharibəni dayandırmaq və gələcək nüvə danışıqları üçün əsas yaratmaq məqsədi daşıyan sənəd üzərində işləyir. Vaşinqton bu danışıqları indiyə qədər əldə olunan ən ciddi irəliləyiş kimi qiymətləndirir.
Bununla belə, ABŞ administrasiyasında bəzi rəsmilər yekun razılaşmanın əldə olunacağına şübhə ilə yanaşır. Onların fikrincə, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır və proses qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, mümkün razılaşma İranın nüvə fəaliyyətinə məhdudiyyətlər, ABŞ sanksiyalarının yumşaldılması və regionda gərginliyin azaldılması kimi məsələləri əhatə edə bilər.
Hazırda danışıqlar davam edir və İranın verəcəyi cavab prosesin taleyində həlledici rol oynayacaq.
Rauf
























