image-6024035707225050204backend

ABŞ gəmisi Yaxın Şərqi tərk edir..

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dünyanın ən böyük aviadaşıyıcısı regionu tərk etməyə hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, “USS Gerald R. Ford” (CVN-78) gəmisi 10 ay davam edən yerləşdirilmədən sonra Yaxın Şərqi yaxın günlərdə tərk edəcək. Məlumata görə, gəmiyə texniki baxış və təmir işlərinin aparılması zəruridir.

Bu qərar uzunmüddətli əməliyyatların yaratdığı aşınma və texniki ehtiyaclarla bağlıdır.

Aviadaşıyıcının bölgədən çıxması ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunda müvəqqəti dəyişiklik kimi qiymətləndirilir, lakin Pentaqonun regionda digər qüvvələrlə mövcudluğu davam etdirəcəyi bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki