ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus yüksək texnologiyalı pilotsuz uçuş aparatı Fars körfəzində insidentlə üzləşib.
İNFOAZ.MEDİA xəbər verir ki, MQ-4C Triton aprelin 27-də Fars körfəzi üzərində uçuş zamanı zədələnib, lakin pilotu olmayan aparat təhlükəsiz şəkildə eniş etməyi bacarıb.
Bu insidentdən cəmi bir neçə həftə əvvəl, aprelin 9-da eyni bölgədə başqa bir MQ-4C Triton aparatının qəzaya uğradığı bildirilmişdi.
Bu tip dronlar təxminən 240 milyon dollar dəyərində olan və kəşfiyyat, müşahidə və məlumat toplama (ISR) missiyaları üçün istifadə edilən nadir və strateji əhəmiyyətli platformalardır.
Rauf
























