Pentaqon UFO/UAP ilə bağlı yeni sənədlərin ictimaiyyətə açıqlanmasına başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, prosesdə Ağ Ev, NASA, Federal Təhqiqat Bürosu (FBI), ABŞ Enerji Nazirliyi və kəşfiyyat qurumları iştirak edir. Rəsmilər bildiriblər ki, məqsəd mövzu ətrafında maksimum şəffaflığı təmin etmək və insanların təqdim olunan materiallarla bağlı öz nəticələrini çıxarmasına imkan yaratmaqdır.
Pentaqonun UFO və naməlum hava hadisələri ilə bağlı materialları məxfilikdən çıxarması son illərdə davam edən prosesin bir hissəsidir. Bununla belə, qurumun 2024-cü il hesabatında yadplanetli texnologiya və ya Yer xaricində həyatın mövcudluğunu təsdiqləyən hər hansı sübutun aşkar edilmədiyi vurğulanmışdı.
Rauf
























