ABŞ-da benzin qiymətləri kəskin artaraq orta hesabla bir qalon üçün 4.18 dollar səviyyəsinə yüksəlib. Bu göstərici son dörd ilin ən yüksək səviyyəsi kimi qeydə alınıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qiymət artımı əsasən ABŞ–İran danışıqlarının dalana dirənməsi və Yaxın Şərqdə artan gərginliklə əlaqələndirilir. Xüsusilə Hörmüz boğazı ətrafındakı risklər qlobal neft bazarına ciddi təsir göstərib.
Neft qiymətlərində də kəskin yüksəliş qeydə alınıb fevral ayından bu yana 40 faizdən çox artım baş verib.
Rauf
























