NEFTbackend

ABŞ-da 2,6 milyard dollarlıq şübhəli neft əməliyyatları araşdırılır

ABŞ Ədliyyə Nazirliyi (DOJ) İranla bağlı müharibə açıqlamalarından əvvəl həyata keçirilən şübhəli neft əməliyyatlarını araşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, federal müstəntiqlər neft qiymətlərinin düşəcəyinə dair ümumilikdə 2,6 milyard dollarlıq ən azı dörd böyük əməliyyatı yoxlayırlar.

Araşdırılan əməliyyatların ABŞ Prezidenti Donald Tramp və İran rəsmilərinin mühüm açıqlamalarından qısa müddət əvvəl həyata keçirildiyi bildirilir. Bu açıqlamalardan sonra neft qiymətləri kəskin ucuzlaşıb və əməliyyatlar böyük qazanc gətirib.

İddialara görə, bəzi investorlar ABŞ-ın İrana mümkün hücumları təxirə salması, atəşkəs elanları və Hörmüz boğazı ilə bağlı açıqlamalardan əvvəl bazarda böyük həcmdə “short” mövqelər açıblar.

ABŞ Əmtəə Fyuçers Ticarəti Komissiyası (CFTC) də araşdırmaya qoşulub. Hazırda əməliyyatların arxasında duran şəxslərin kimliyi açıqlanmayıb və daxili məlumatdan istifadə olunduğuna dair rəsmi sübut təqdim edilməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki