image-5440632264841695987backend

230 sümük tatusu İLƏ DÜNYA REKORDUNU YENİLƏDİ

Ukraynada 28 yaşlı Oleq Karpa qeyri-adi nailiyyəti ilə diqqət çəkib. O, bədənindəki 230 sümük formasında tatu ilə dünya rekordunu yeniləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Dnepropetrovsk vilayətinin Drohobıç şəhərindən olan Karpa peşəkar olaraq məhkəmə tibbi ekspertizası sahəsində tibb qardaşı kimi çalışır. Onun bədəni insan skeletinin “vizual atlası” kimi hazırlanıb və hər bir tatu real anatomik sümüyə uyğunlaşdırılıb.

Ukrayna Milli Rekordlar Reyestrinin rəhbəri Lana Vetrovaya və bir patoloq tərəfindən aparılan yoxlama zamanı bütün tatular 3 saat ərzində dəqiqliklə hesablanıb və təsdiqlənib.

Bu nəticə ilə o, əvvəlki rekordçu  139 sümük tatuuna sahib olan məşhur “Zombie Boy” Rikh Genest-in göstəricisini xeyli geridə qoyub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki