Kiyev rejiminin rəhbəri Ukrayna üçün yeni müdafiə planının hazırlanması barədə fərman imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski ölkənin müdafiə planının yenilənməsi ilə bağlı qərar qəbul edib. Hazırda qüvvədə olan müdafiə planı 2020-ci ildə təsdiqlənmiş və altı il müddətinə nəzərdə tutulmuşdu.
Yeni plan Nazirlər Kabinetinin, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU), polisin, Xarici Kəşfiyyat Xidmətinin və Milli Bankın iştirakı ilə hazırlanacaq. Planın detalları hazırda məxfi saxlanılır.
Rauf
























