Zelenskibackend

Zelenski Ukraynada hərbi vəziyyətin uzadılması ilə bağlı qanun imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin uzadılması ilə bağlı qanunları imzalayıb. Bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.

İNFOAZ.MEDİA xəbər verir ki, hərbi vəziyyət və səfərbərlik 3 fevral 2026-cı ildən etibarən 90 gün müddətinə uzadılıb və 4 may 2026-cı il tarixinədək qüvvədə olacaq.

Qanunlar yanvarın 14-də Ali Rada tərəfindən qəbul edilib. Bu, Ukraynada hərbi vəziyyət və səfərbərlik rejiminin artıq 18-ci dəfə uzadılmasıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki