image-zelenski-yenibackend

Zelenski: Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi var

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Rusiya ərazisində 8 mindən çox Şimali Koreya hərbçisi yerləşdirilib.

İNFOAZ.MEDİA xəbər verir ki,Zelenskinin sözlərinə görə, daha 10 min hərbçinin Rusiyaya göndərilməsi üçün hazırlıq görülür. Onların təlim keçməsi və daha sonra Rusiyaya göndərilməsi planlaşdırılır.

Ukrayna prezidenti həmçinin bildirib ki, Rusiya bunun müqabilində Şimali Koreyaya texnologiya ötürür. Onun sözlərinə görə, Rusiyanın texniki dəstəyi ilə Şimali Koreyada “Şahed” tipli hücum PUA-larının istehsalına başlanılıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki