ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) iki direktor müavinindən biri olan Endryu Beyli bir ildən bir qədər çox müddətdən sonra vəzifəsini tərk edir.
İNFOAZ.MEDİA xəbər verir ki, Beylinin ayrılmasının rəsmi səbəbi ailə məsələləri ilə əlaqələndirilir. Bununla belə, onun FTB direktoru Kaş Patel ilə münasibətlərində gərginlik yaşandığı bildirilir.
“New York Times”ın yazdığına görə, bürodakı mənbələr Patel və Beylinin uzun müddət bir-biri ilə danışmadığını, həmçinin Patelın son dövrlərdə Beylini qərarvermə proseslərindən getdikcə daha çox kənarda saxladığını bildiriblər.
Beyli 2025-ci ilin avqustunda FTB-yə qoşulub. O, Tramp administrasiyasının tətbiq etdiyi qeyri-adi rəhbərlik strukturu çərçivəsində direktorun iki müavinindən biri olub.
Bundan əvvəl Beyli Missuri ştatının baş prokuroru vəzifəsində çalışıb.
Jalə
























