image-resul8-750x403backend

Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı qızından AÇIQLAMA

“Rəsul Quliyev artıq neçə illərdir, Amerikadadır. Artıq onun yaşını da bilirsiniz. Ən yaxınları – biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr…”

Müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

X.Quliyeva belə müzakirələrin aparılmadığını bildirib: “Hər halda bizim aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr – Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik…”// Pravda.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki