Almaniyanın sabiq iqtisadiyyat naziri Robert Habek Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, Qəzzada hərbi cinayətlərin törədildiyinə dair çoxlu sübutun olduğunu düşünür.
Habek vurğulayıb ki, antisemitizmin bütün formaları açıq şəkildə adlandırılmalı və onlara qarşı mübarizə aparılmalıdır. Bununla belə, bu, İsrailin və ya onun hökumətinin tənqid edilməsinə qadağa qoyulmamalıdır.
Onun sözlərinə görə, insanların suallarını dərhal antisemit kimi damğalanmadan verə biləcəyi məkanlar olmalıdır. Habek eyni zamanda antisemitizmin mövcud olduğunu da qeyd edib.
Jalə
























