Gömrük ekspertizasının aparılması ilə bağlı yaranan xərclərin kimin tərəfindən ödənilməsi ekspertizanın hansı tərəfin təşəbbüsü ilə keçirilməsindən asılıdır.
bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 232 nömrəli qərarına əsasən, gömrük orqanlarının təşəbbüsü ilə keçirilən gömrük ekspertizası zamanı yaranan xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Gömrük ekspertizası bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə həyata keçirildikdə isə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir.
Gömrük yığımının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə müəyyən edilir.
























