image-1772462273_putin_2025-768x403-1backend

Rusiyada ordudakı hərbçilərin sayı artırılır – Putin fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin yeni şəxsi heyət sayının müəyyənləşdirilməsi ilə bağlı fərman imzalayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyət sayı 2 milyon 441 min 630 nəfər müəyyən edilib. Onlardan 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçu olacaq.

Sənədə əsasən, yeni şəxsi heyət sayının təmin edilməsi məqsədilə Rusiya hökuməti Müdafiə Nazirliyinə dövlət büdcəsindən müvafiq vəsait ayrılmasını təmin etməlidir.

Qeyd olunur ki, fərman imzalandığı gündən qüvvəyə minib.

EMİN


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki